Səlibçilərin BMT FİASKOSU – Anti-Azərbaycan qüvvələrinin puç olan ÜMİDLƏRİ

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclas yekunlaşıb. Bu müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib. İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər.

Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovdan  FOTOFAKT: "Ermənilər Qarabağda ağır texnikalar yerləşdirib" - VİDEO


Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.

İclas heç bir sənəd qəbul olunmadan başa çatıb.

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Asim Mollazadənin fikrincə, BMT TŞ-nin Qarabağla bağlı dinləmələrində Azərbaycan atdığı hər bir addımın məhz beynəlxalq hüquq normaları çərçivəsində olduğunu isbat etdi: 

“Eyni zamanda, Azərbaycan dinc insanlara qarşı cinayət törətmədiyini də sübuta yetirdi. Baxmayaraq ki, ermənilər 30 ilə yaxın insanlığa qarşı cinayət törədiblər. Etnik təmizləmə siyasəti aparıblar. Amma beynəlxalq aləm tərəfindən onlara qarşı hansısa ciddi sanksiyalar tətbiq olunmayıb. BMT TŞ-nin 4 qətnaməsi 30 il icra olunmadı. Yalnız Azərbaycan onları icra etdi”. 

Deputat qeyd edir ki, Fransanın BMT TŞ-də yenidən Qarabağ məsələsini gündəmə gətirməsi onun imperalist təfəkküründən irəli gəlir:

“Onlar Rusiyanın zəifləməsindən istifadə edərək, bölgəmizə yenidə imperalist məqsədlərlə daxil olmağa çalışırlar. Ona görə də beynəlxalq hüquq normalarına zidd olan belə şouları təşkil edirlər. Fransa özünün kolonial siyasətilə Afrikada tam iflasa uğrayıb. Keçmiş müstəmləkələrində bu ölkə nifrətdən başqa heç nə qazanmayıb. Əslində beynəlxalq tribunalarda Fransanın davam etdirdiyi rasist, antiislamist siyasəti ifşa edilməli və məhz ona qiymət verilməlidir. Bu gün məhz Fransanın yürütdüyü imperalist siyasətilə bağlı dinləmələrin keçirilməsinə ehtiyac var”. 

A.Mollazadə bildirir ki, BMT TŞ-nin iclası anti-Azərbaycan qüvvələrinin ölkəmizə qarşı sərgilədikləri mövqelərinin növbəti dəfə tam şəkildə fiaskoya uğradığını göstərdi:

“Bu oyunların arxasında siyasi korrupsiya, zəngin erməni icmasının imkanlarından bəhrələnmək dayanır. Onlara münaqişə lazımdır. Ona görə də bütün vasitələrdən istifadə edərək, münaqişənin həllinə qarşı çıxış edirlər. Lakin BMT TŞ-nin iclası növbəti dəfə göstərdi ki, belə qüvvələrin cəhdləri, çirkin oyunları heç bir nəticə verməyəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

4 BÜRCÜN həyatı avqustun sonuna qədər kəskin dəyişəcək

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Elgiz Əkbərin “Toy olsun”u efirə qayıdır? – Özü açıqladı – VİDEO

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Toya xeyli pul xərcləyənlər arasında BOŞANMALAR daha çoxdur

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Şəhid qızının uğuru: 676 balla Tibb Universitetinə qəbul oldu

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Oğlu Lamiyə Ələkbərovanı sevindirdi – FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

700 bal toplayan Samir bu universitetdə təhsil alacaq

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Kiyevdən yeni hərbi plan: Səfərbərlik yaşı dəyişir

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Canlı yayımda söyüş söyən şəxs həbs edildi

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

Möhsün Rezai Asim Munirlə görüşdə: “Vaşinqton öz siyasətini dəyişməlidir”

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

DİQQƏT: ASAN Xidmət, klinika və onlarla kənd işıqsız qalacaq

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Prezidentin Özbəkistana iki günlük səfərindən növbəti GÖRÜNTÜLƏR

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Yaşları artdıqca daha da cazibədar olan 3 BÜRC

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

Ağ Evdən xəbərdarlıq: İranla işləyənlər dollar sistemindən qovulacaq

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

İsmayıllıda qəza: Sürücü hadisə yerində həyatını itirdi

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Ağdamda minalanmış ərazi YANIR - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rənglərinə büründü - FOTO

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Xalq artisti Tofiq Bakıxanovun harada dəfn olunacağı açıqlandı

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Prezident İlham Əliyevin Özbəkistana səfərindən VİDEOÇARX

Bakıda maşında qadın DÖYÜLDÜ

Bakıda maşında qadın DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO