Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşü KEÇİRİLİB - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində Şimali Makedoniya Respublikasının xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Görüşdə tərəflər Azərbaycan-Şimali Makedoniya arasında əlaqələr, Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi, habelə bölgədəki son vəziyyət müzakirə olunub. 

Görüşdə nazir Ceyhun Bayramov ölkəmizin keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, habelə münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya məsələləri, mühüm prioritet olan sülh müqaviləsinin imzalanması, bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində ardıcıl səylərini xatırladıb. 
Ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin və qondarma rejimin son təxribatlarının normallaşma prosesinə xələl gətirdiyi, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyi, bu ölkənin sülh prosesində maraqlı olmadığı diqqətə çatdırılıb. 

Azərbaycan hərbiçilərinin və mülki şəxslərinin həlak olması ilə nəticələnən terror aktına və hərbi təxribatlara cavab olaraq qanunsuz Erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror tədbirinin əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olması, qanunsuz qüvvələrin tərksilah edilməsi və qondarma rejimin buraxılması olduğu diqqətə çatdırılıb.

Azərbaycanın yalnız hərbi hədəfləri məhv etdiyi, mülki şəxsləri hədəf almadığı bildirilib. 

Bölgədə guya "blokada" və "bölgədə gərgin humanitar böhran" kimi iddialara gəldikdə isə, nazir Ceyhun Bayramov bu iddiaların heç bir əsasının olmadığını, Ermənistanın qəsdən vəziyyəti "humanitar" xarakterli məsələ kimi təqdim etdiyini, qondarma humanitar böhran yaratmaq məqsədi daşıyan bu addımın əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olduğunu, sıravi sakinlərin isə bu siyasi avantüranın girovu kimi saxlanıldığını vurğulayıb. 

Bu xüsusda, 18 sentyabr tarixində BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidinin təşkilinin ölkəmizə qarşı “blokada” ittihamlarının heç bir əsasının olmadığını nümayiş etdirdiyini qeyd edib. 

Nazir Ceyhun Bayramov Ermənistan Baş nazirinin 2 sentyabr tarixində qondarma rejimi təbrik etməsi daxil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların sülh prosesinə xələl gətirdiyini vurğulayıb. 
Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlik üzrə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

End of content

No more pages to load

RADİO