Gəncədə 17 yaşlı yeniyetmə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Kəlbəcər rayonu Nəcəfalı kənd sakini, 2009-cu il təvəllüdlü İlkin Yolçuyev çənə nahiyəsindən kəsici alətlə zərbə alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat tədbirləri nəticəsində kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən N. İbrahimli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu