Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə MƏLUMATLANDIRDI - FOTO 

Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə MƏLUMATLANDIRDI - FOTO 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kim ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Görüş zamanı regiondakı son vəziyyət əsas müzakirə mövzusu olub. 

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini ölkəmizin ərazisindən çıxarmamasının, davam edən hərbi-siyasi təxribatlarının bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu diqqətə çatdırıb.
ABŞ daxil olmaqla, beynəlxalq tərəfdaşlar tərəfindən bu qüvvələrin çıxarılmasına çağırış edilməməsinin erməni tərəfinin son dövrlərdə təxribatları daha da artırmasına səbəb olduğu vurğulanıb. 

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma rejimin nümayəndələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdığını, nəticədə mülki şəxslərin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının həlak olduğunu, habelə Azərbaycan Ordusunun hərbi qulluqçularının yaralandığını, erməni silahlı qüvvələrinin təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirdiyini və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirdiyini bildirib. 

Bu kimi genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandığı diqqətə çatdırılıb, görülən tədbirlərin hədəfinin müstəsna olaraq regionda bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğu, iddiaların əksinə mülki əhalinin hədəf alınmadığı, erməni sakinlərin təhlükəsizliyi üçün tərəfimizdən çağırışlar edildiyi diqqətə çatdırılıb. 

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq bölgədə mövcudluğunu davam etdirməsinin regional sülh və sabitlik üçün ciddi təhlükə olduğu, bu səbəbdən erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmasının, qondarma rejimin buraxılmasının, hərbi təxribatların və törətdilmiş terror aktlarının qətiyyətlə pislənməsinin və onların qarşısı alınmasının zəruri olduğu nazir tərəfindən vurğulanıb. 

Nazir Ceyhun Bayramov ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, bu kimi təxribatlarının normallaşma prosesinə xələl gətirdiyini, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyini, Ermənistan baş nazirinin qondarma rejimi 2 sentyabr tarixində təbrik etməsinin Ermənistanın sülh prosesində maraqlı olmamasının, ərazi iddialarının davam etdiyinin göstəricisi olduğunu bildirib. 
Regionda guya "blokada" və "humanitar böhran" kimi iddialara gəldikdə isə, nazir Ceyhun Bayramov bu iddiaların heç bir əsasının olmadığını, bilərəkdən "humanitar" xarakterli məsələ donu geyindirildiyini, əslində isə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlik bir siyasi manipulyasiya olduğunu deyib.

Avropa İttifaqı və ABŞ ilə aparılmış müzakirələr əsasında yollardan ardıcıl və paralel istifadə barədə razılıqlara baxmayaraq, bu razılıqlara əməl edilmədiyi xatırlanıb.

Bu xüsusda, 18 sentyabr tarixində BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidinin reallaşdırılması ilə ölkəmizə qarşı “blokada” ittihamlarının heç bir əsasının olmadığı, əslində isə qondarma, məqsədyönlü xarakter daşıdığı vurğulanıb. 

Görüşdə tərəflər həmçinin bölgə ilə bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Ceyhun Bayramov Yuri Kimi Qarabağdakı lokal antiterror tədbirləri barədə MƏLUMATLANDIRDI - FOTO  - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Azərbaycan millisi Vyetnama UDUZDU

Azərbaycan millisi Vyetnama UDUZDU

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

"Qızıma deyirəm ki, döz" - VİDEO

"Qızıma deyirəm ki, döz" - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

"Bəzi xanımlar məni qısqanırlar"

"Bəzi xanımlar məni qısqanırlar"

End of content

No more pages to load

RADİO