SON DƏQİQƏ: Qarabağda antiterror tədbirləri BAŞLADI

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib.

Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub.
Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb.

Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Peskov: “Rusiyanın əsas səsi Putindir”

Peskov: “Rusiyanın əsas səsi Putindir”

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

24 yaşlı gənc su anbarında çimərkən BOĞULDU

Avqustda neçə gün İŞ OLMAYACAQ?

Avqustda neçə gün İŞ OLMAYACAQ?

15 yaşlı qız itkin düşdü - FOTO

15 yaşlı qız itkin düşdü - FOTO

Ən yaxşı məktəblər AÇIQLANDI

Ən yaxşı məktəblər AÇIQLANDI

Lionel Messi antirekorda imza atdı

Lionel Messi antirekorda imza atdı

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Özbəkistan ölkəmizdə avtomobil istehsalına BAŞLAYIR

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

Emil Bədəlov xeyli çəki itirdi - Tanımaq olmur - VİDEO

End of content

No more pages to load

RADİO