Prezidentdən Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT  

Prezidentdən Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT  
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Sizi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransda salamlayıram. 

İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir və konfransın mövzusu ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur. 

Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır. 

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir. 

2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır. 
Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılmışdır. Son iki ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmişdir. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olmuş və bu barədə ictimaiyyətə məlumat verilmişdir. Bu gün daha 10 nəfərlə bağlı əlavə məlumat təqdim ediləcək. 

Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm. 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir.

Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik. 

İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır.

Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir. 

İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər. 
Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsi qlobal problemdir. Azərbaycan bu məsələyə beynəlxalq müstəvidə diqqətin artırılması istiqamətində ciddi addımlar atmışdır. Ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə irəli sürür. Hesab edirik ki, BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac var. 

Əminəm ki, konfrans beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi ağrılı məsələyə cəlb olunmasına öz töhfəsini verəcəkdir. 

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

Sumqayıtda avtomobil yandı - VİDEO

Sumqayıtda avtomobil yandı - VİDEO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Ziya Bünyadov prospektində QƏZA: “Koroğlu” istiqamətində yol bağlandı

Ziya Bünyadov prospektində QƏZA: “Koroğlu” istiqamətində yol bağlandı

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Azərbaycan millisi Vyetnama UDUZDU

Azərbaycan millisi Vyetnama UDUZDU

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

"Qızıma deyirəm ki, döz" - VİDEO

"Qızıma deyirəm ki, döz" - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

End of content

No more pages to load

RADİO