Paşinyan üçün QANLI BAZAR GÜNÜ – Ermənistan vətəndaş müharibəsinə SÜRÜKLƏNİR

Paşinyan üçün QANLI BAZAR GÜNÜ – Ermənistan vətəndaş müharibəsinə SÜRÜKLƏNİR
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paşinyanın ətrafındakı halqa daha da daralır. Hər ötən gün erməni baş nazirin əleyhinə işləyir. Xüsusən də yaxın bir neçə gün Paşinyan üçün çətin sınaq dövrüdür. Çünki, sentyabrın 17-də İrəvanda mer seçkiləridir. Bu seçkilərdə Paşinyanın dəstəklədiyi namizədin uduzması çox şeyi dəyişə bilər. Bu əslində Paşinyanın sonunun başlanğıcı ola bilər. 

Təsadüfi deyil ki, ötən axşam “Ana Ermənistan” blokundan İrəvan merliyinə namizəd Andranik Tevanyan bəyan edib ki, “əgər blokumuz bu seçkilərdə qalib gəlsə, ilin sonuna qədər Paşinyanı Hökumət binasından qovacağımıza söz verirəm”.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan son “kozır”ını OYNADI – Nikolu Kremlin, yoxsa dar ağacının KÖLGƏSİ GÖZLƏYİR?


Nəzərə alaq ki, Tevanyan da revanşistlərin cəbhəsindədir. Bu isə o deməkdir ki, revanşistlər Paşinyana qarşı son və qəti hücuma başlayıblar. Bu hücumda isə ilk zəfər sentyabrın 17-də ola bilər. 

Bəs, revanşistlər niyə bu qədər fəallaşıb?

Bunun səbəbini son bir ayda Ermənistanda baş verən proseslərdə axtarmaq lazımdır. Çünki, Paşinyanın Rusiyaya qarşı ritorikalarından sonra Moskvanın xeyir-duası ilə revanşistlər öz mübarizələrini aktiv fazaya keçiriblər. Çoxdandır səsi-sorağı gəlməyən ermənilər belə son günlər xeyli fəallaşıblar. 

Məsələn, uzun müddətir ki, it-bat olan Seyran Ohanyan ötən gün Paşinyan əleyhinə çağırışlar edib. Halbuki, Paşinyan höküməti ilə revanşistlər arasında “centlmen sazişi” vardı. Bu sazişə əsasən Paşinyan Köçəryan, Sarkisyan, Ohanyan və digər revanşistlər barədə açılmış cinayət işlərini aradan qaldırmışdı. Revanşistlərsə bunun əvəzində Paşinyan əleyhinə kəskin fikirlər və çağırışlar səsləndirməkdən əl çəkmişdilər. 

Təbii ki, bu “razılaşmanı” Kreml təşkil etmişdi. Lakin, bütün hallarda revanşistlər Paşinyanın başı üzərindəki “Domokl qılıncı”dır. Məhz bu “qılınc” hesabına Moskva Paşinyanın ipini əlində saxlayırdı. 

Lakin, Qərbdəki ağaları Paşinyanı məcbur etdi ki, bu “centlmen sazişi”ni və Putinlə olan gizli sövdələşməni pozsun. Çünki, Qərb Rusiyanın Cənubi Qafqazda mövcudluğunu istəmir. Və maraqlıdır ki, Rusiyanın Cənubi Qafqazda ən böyük hərbi və iqtisadi dayaqları Ermənistanda qərarlaşıb. Ona görə də Qərb Nikolu açıq mətnlə başa saldı ki, “bizimlə yola çıxırsansa Rusiya ilə əlaqələri kəsməlisən”. 

Paşinyanın ritorikalarının arxasında nə dayanır?

Nəzərə alaq ki, Ukraynadakı müharibədən sonra Rusiyanın iqtisadi imkanları böyük ölçüdə azalıb. Bu səbəbdən Moskva daha əvvəlki kimi Ermənistana iqtisadi dəstək verə bilmir. Bunun fərqində olan Paşinyan köhnə sövdələşməni unutdu, yenidən Qərbə qucaq açdı. 

Çünki 2024-cü ilin Dövlət Büdcəsini formalaşdırmaq lazımdır. Rusiya və Qərbin dəstəyi olmadan isə Ermənistan bunun öhdəsindən gələ bilmir. Büdcə layihəsinin hazırlandığı indiki vaxtda Rusiyadan dəstək gəlmədiyini görən Paşinyan Qərbə üz tutdu. Qərbinsə şərtləri göründüyü kimi sadə deyil.

Paşinyan olduqca çətin duruma düşüb. Qərb hələki, Paşinyana söz verir. Üstəlik ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirməsi Paşinyanla molla-fars rejiminin arasını soyudub. Bir sözlə, nə edəcəyini bilməyən Paşinyan qaş düzəltmək istədiyi bir vaxtda vurub gözü də çıxartdı.

Kremli Paşinyanı gözdən çıxardıb

Ona görə də Rusiyanın Ermənistandakı və xaricdəki əlaltıları Paşinyana qarşı açıq mübarizəyə başlayıblar. Yəqin ki, yaxın günlərdə Köçəryan və Sarkisyan da fəallaşacaq. Xüsusən də 17 sentyabr seçkilərində Paşinyanın namizədi uduzsa, onda İrəvanda vəziyyət nəzarətdən çıxacaq. Revanşistlər yenidən İrəvanın küçələrinə töküləcək. 

Bu isə Paşinyan üçün yaxşı heç nə vəd etmir. Hətta Qərb belə həmin vəziyyətdə Paşinyanı xilas edə bilməyəcək.

Çünki, yuxarıda dediyimiz kimi Rusiyanın əlində Ermənistanın siyasi hakimiyyətinə təsir edəcək çox yaxşı rıçaqları var. 

Ona görə də sentyabrın 17-ni gözləyək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bosniyada Aİ missiyasına məxsus hərbi helikopter qəzaya uğradı: Ölənlər və yaralılar var

Bosniyada Aİ missiyasına məxsus hərbi helikopter qəzaya uğradı: Ölənlər və yaralılar var

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Bazarlarda meyvə-tərəvəz bahalaşdı - VİDEO

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Zelenski: “Rusiya Ukraynaya yeni ballistik raket zərbələri hazırlayır”

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Baş məşqçi onun milliyə getməsinə razı deyil

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Bakıda qəzaya görə bağlanan yol AÇILDI - YENİLƏNİB

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak etdi - FOTO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

Hikmət Hacıyev "AnewZ"un Qarabağla bağlı sənədli filmini paylaşdı – VİDEO

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

“Arsenal”ın şikayəti RƏDD EDİLDİ

Sumqayıtda avtomobil yandı - VİDEO

Sumqayıtda avtomobil yandı - VİDEO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak etdi - FOTO

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Maliyyə Nazirliyində YOXLAMA: Leysan Məmmədov vəzifəsindən azad edildi

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Yasamal, Səbail və Abşeron sakinlərinin NƏZƏRİNƏ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Venesuela hakimiyyəti seçkilərin keçiriləcəyini TƏSDİQLƏDİ

Azərbaycan millisi Vyetnama UDUZDU

Azərbaycan millisi Vyetnama UDUZDU

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Alimlərdən XƏBƏRDARLIQ: Bəzi yağlar xərçəng riskini artırır

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Dayəyə əmanət edilən uşaq ölüb - Valideyn uşağının döyüldüyünü iddia edir - VİDEO

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

Kiyev Moskva ilə birbaşa danışıqlara hazırdır – ƏSAS ŞƏRT

"Qızıma deyirəm ki, döz" - VİDEO

"Qızıma deyirəm ki, döz" - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

End of content

No more pages to load

RADİO