Hazırda "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammitində iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehlidə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşüb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələr müzakirə olunub.
Tərəflər regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Bizim.Media