Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələrinin Zirvə toplantısında iştirak etmək üçün sabah Hindistana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Anadolu agentliyi bildirib.
Məlumata görə, Türkiyə Prezidenti sentyabrın 8-dən 10-dək Yeni Dehlidə keçiriləcək Zirvə toplantısında iştirak edəcək.
Zirvə toplantıda Prezident R.T.Ərdoğan G20 liderləri və toplantıda iştirak edən bəzi dövlət və hökumət başçıları ilə də görüşəcək.
Qeyd edək ki, toplantının budəfəki mövzusu “Bir dünya, bir ailə, bir gələcək”dir.
Bizim.Media