Rusiyanın Moskva vilayətinə dron hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin "Telegram" kanalında yazıb.
"Gecə saatlarında Ramenski rayonunda hava hücumundan müdafiə sistemi Moskvaya PUA ilə hücum cəhdinin qarşısını alıb", - deyə Moskva meri qeyd edib.
Xatırladaq ki, dronlardan biri Moskva vilayətində, daha ikisi isə Rostov vilayətində hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Bizim.Media