Hadrut sakinlərinin NƏZƏRİNƏ! - Qəbul başlanılır

İyul ayının 9-dan başlayaraq Xocavənd rayonunun Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanır.

Hadrut qəsəbəsində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi avqustun 9-u günün sonunadək davam edəcək.

Bizim.Media xəbər verir ki, Hadrut qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilər olub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşən torpaqlardır. Hadrut qəsəbəsində birillik və çoxillik bitkilərdən - şaftalı, nektarin, ərik, nar, alma, şabalıd, xurma, armud, gilas, qoz, fındıq, üzüm (süfrə və texniki), çiyələk, qarağat, mavigilə (dibçəkdə), moruq, pomidor, xiyar, badımcan, bibər, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök, kələm, kartof, buğda, arpa, qarğıdalı (dən və silos üçün), soya, noxud, mərcimək, tütün, yonca, xaşa, müxtəlif ot qarışıqlarının (vika, yulaf, arpa, çovdar) əkilməsi nəzərdə tutulur.

Əkin sahələrində müasir damlama və çiləmə suvarma sisteminin olması tələb edilir.

Hadrut qəsəbəsinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqların güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq) Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Hadrut” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Hadrut qəsəbəsi olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, sonrakı mərhələlərdə müraciət edən şəxslərə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Fermerlər əlavə məlumat üçün Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinə (tel: 077-577-93-97, 050-533-68-71, email: [email protected] ) müraciət edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Süni intellekt 12 peşəni sıradan çıxarır: 2035-ci ilə qədər...

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Qarabağın rəsmi toponimləri rəqəmsal xəritədə yeniləndi – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bu ərazilərdə Amerika ağ kəpənəyi yayılıb – FOTO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİR - VİDEO

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü KEÇİRİLİR - VİDEO

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

Bu bürclər ilin sonunadək hədəflərinə çatacaq

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

500 manatdan başlayan qiymətlərlə: Dövlət qurumlarına məxsus avtomobillər satılır

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

"Paxmel"dən sonra nə yemək lazımdır? -Həkim tövsiyəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Bakının mərkəzindəki aptekdə ölüm hadisəsi

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Ruzbeh Məmməd vəzifəsindən ayrıldı – FOTO

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Kiyevə hücum: Azərbaycanlıya məxsus restoran dağıldı – FOTO

Kiyevə hücum: Azərbaycanlıya məxsus restoran dağıldı – FOTO

Ərdoğan da Bişkekdədir

Ərdoğan da Bişkekdədir

Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

Putin də Qırğızıstanda səfərdədir – VİDEO

Putin də Qırğızıstanda səfərdədir – VİDEO

Qəzada ölən sürücü vəzifəli şəxs imiş – Foto

Qəzada ölən sürücü vəzifəli şəxs imiş – Foto

Bu şəxslər pullarını geri ala biləcək - Yenilik

Bu şəxslər pullarını geri ala biləcək - Yenilik

Dövlət satınalmalarında qanunsuz müqavilələrə görə pul ödənilməyəcək

Dövlət satınalmalarında qanunsuz müqavilələrə görə pul ödənilməyəcək

Atasını ağacla döyərək qətlə yetirdi – Gədəbəydə 34 il əvvəlki cinayətin ÜSTÜ AÇILDI

Atasını ağacla döyərək qətlə yetirdi – Gədəbəydə 34 il əvvəlki cinayətin ÜSTÜ AÇILDI

Naxçıvanda yaşayış binasında yanğın – VİDEO

Naxçıvanda yaşayış binasında yanğın – VİDEO

İt yanğını hiss edib sahiblərini oyatdı – FOTO

İt yanğını hiss edib sahiblərini oyatdı – FOTO

146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

İdmançılarımız beynəlxalq turnirdə altı medal qazandılar – FOTO

İdmançılarımız beynəlxalq turnirdə altı medal qazandılar – FOTO

End of content

No more pages to load

RADİO