Xəbər verdiyimiz kimi Ukrayna Ali Radası Oleksiy Reznikovun yerinə Rüstəm Umerovu yeni müdafiə naziri təyin edib.
Bizim.Media xəbər verir ki, Umerov yeni təyinatı ilə bağlı özünün “Twitter” (hazırki “X”) hesabında paylaşım edib.
Ukraynanın müdafiə naziri olmaq mənim üçün böyük şərəfdir. Prezident Volodimir Zelenskiyə bu təyinata və etimada görə minnətdaram.
Əsas məqsədimiz qələbədir. Müdafiəçilərimiz isə yüksək dəyər və prioritetdir.
Ukraynaya şöhrət!”, - deyə nazir qeyd edib.

Bizim.Media