Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, tərəflər Ukraynadakı vəziyyət, taxıl dəhlizinin bərpası istiqamətində atılan addımlar və İsveçin NATO-ya üzvlüyü müzakirə edilib.
Bizim.Media