Pakistanın Sind əyalətinin Nəvabşah şəhəri yaxınlığında qatarın relsdən çıxması nəticəsində 15 sərnişin ölüb, daha 50 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Geo News” telekanalı polisə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda xilasetmə işləri aparılır. Yaxınlıqdakı xəstəxanalarda fövqəladə vəziyyət elan edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Bizim.Media