Aptek rəflərindən silinən tanış ad – “Maaloks” niyə YOXA ÇIXIB?

İllərlə insanların etibarını qazanmış, “mədə ağrısı” deyəndə ilk yada düşən dərmanlardan biri olan “Maaloks” apteklərdən yoxa çıxıb. Əczaçıların birmənalı cavabı belədir: depoda yoxdur.

Məsələni araşdırmaq üçün Analitik Ekspertiza Mərkəzinə müraciət etdik. Mərkəzdən Bizim.Media-nın sorğusuna belə bir cavab gəldi:

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu Maddəsinə əsasən dərman vasitələrinin ölkə ərazisinə idxalı icazə əsasında həyata keçirilir. Bu Qanunun 9.5-ci bəndinə əsasən Azərbaycan Respublikasına dərman vasitələrinin idxalını dərman vasitələrinin istehsalçıları və ya topdansatış əczaçılıq müəssisələri (qeyd edilən fəaliyyət istiqamətləri üzrə müvafiq lisenziyaya malik hüquqi şəxslər) həyata keçirirlər.

Sorğuda adı qeyd edilən “Maaloks” ticarət adlı dərman vasitəsinin 2 müxtəlif formada - “Maaloks daxilə qəbul üçün suspenziya 250 ml flakonda №1, karton qutu qablaşmada” 06.10.2020-ci il tarixdə və “Maaloks daxilə qəbul üçün suspenziya 15 ml saşedə №30, karton qutu qablaşmada” 01.07.2021-ci il tarixdə qanunamüvafiq qaydada dövlət qeydiyyatına alınaraq dövlət reyestrinə daxil edildiyi müəyyən edilib.
 

Bu dərman vasitələri sonuncu dəfə 2023-cü ilin aprel ayında müxtəlif vaxtlarda idxalçı şirkətlər tərəfindən ölkəyə idxal edilib. Lakin son 3 il ərzində bu dərman vasitəsinin idxalına dair Analitik Ekspertiza Mərkəzinə müraciət daxil olmayıb.


Əlavə olaraq bildiririk ki, sözügedən dərman vasitəsi “antiasid vasitə”lər qurupuna daxildir və bu dərman vasitəsi ilə eyni təsiredici maddəyə (Aluminum hydroxide / Magnesium hydroxide) malik digər ticarət adlarında dərman vasitələri ölkəyə mütəmadi qaydada idxal olunmaqdadır”.

Analitik Ekspertiza Mərkəzinin mövqeyi formal baxımdan aydındır: dövlət qurumu özəl idxalçıya “niyə bu dərmanı gətirmirsən?” deyə bilməz. Onların funksiyası gətirilən dərmanın keyfiyyətini və uyğunluğunu yoxlamaqdır. “Maaloks” sadəcə ticarət adıdır, eyni tərkibli başqa dərmanlar mövcuddur. Kağız üzərində bu arqument məntiqli görünür.
 

Lakin praktikada bu yanaşma vətəndaşın vəziyyətini və psixologiyasını nəzərə almır. Sadə vətəndaş üçün dərman kimyəvi formul deyil, addır. O, “Aluminum hydroxide, Magnesium hydroxide” axtarmır , sadəcə “Maaloks” axtarır.


Çünki illərlə onu istifadə edib, nəticəsini görüb və ona güvənib. Bu, təkcə farmakoloji məsələ deyil, etimad məsələsidir. Bu etimad hər 3-5 ildən bir “güncəllənməməlidir”.

Ən böyük problemlərdən biri də məlumatlandırma boşluğudur.

Əgər həqiqətən eyni tərkibli preparatlar varsa, niyə bu, apteklərdə açıq və birbaşa izah edilmir?

“Sadəcə adı dəyişib, dərman eyni olaraq qalır” demir?

Aptekə hər yaxınlaşan pasiyent akademik səviyyədə dərman tərkibindən agah olan vətəndaş deyil. Rəsmi qurum “analoq başqa şeydir, eyni tərkib başqa” deyə bilər. Amma vətəndaşa aydın izah olunmayınca o, beləcə analoq və eyni tərkib anlayışlarını qarışdıracaq. 

Rəsmi qurum deyir “idxalçı qərar verir”, idxalçı isə bazar şərtlərinə baxır, aptek də satışını düşünür. Amma bu zəncirin sonunda dayanan və bütün narahatlığı yaşayan sadə vətəndaşdır. Məlumatsız pasient hələ də aptekdə illərlə güvəndiyi, münasib qiymətli bir dərmanı axtarır. Ancaq ona terminlər, qanunlar və formal izahlar təqdim edilir.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov nazir müavini təyin edildi

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

End of content

No more pages to load

RADİO