Bakının Nəsimi rayonunda ictimai nəqliyyatda “Iphone” markalı mobil telefon oğurlanıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media