Gənclik ərazisi, Atatürk prospekti, Kral Hüseyn küçəsinin sakinlərindən Bizim.Media-ya şikayət daxil olub.
Belə ki, sakinlər bildirirlər ki, artıq 2 gündür ki, su təminatıyla bağlı problem yaranıb və yaşayış ünvanlarına su gəlmir. Onlar deyirlər ki, problemin nədən qaynaqlandığı və nə qədər davam edəcəyi barədə məlumatsızdırlar.
Bizim.Media məsələni aydınlaşdırmaq məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb:
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ünvanda su xəttində qəza baş verib.
“Gün ərzində qəza aradan qaldırıldıqdan sonra su təchizatı bərpa olunacaq”, - deyə açıqlamada qeyd edilib.
Nəzrin Mirzəyeva, Bizim.Media