Qusarda su və qaz LAYİHƏLƏRİ – İcrası nə yerdədir? -FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Avaran və Xürel kəndlərində infrastruktur layihələrinin icra vəziyyəti ilə yerində tanış olub.

Qusar rayonunda əhalinin sosial rifahının yüksəldilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə yerində tanışlıq məqsədilə rayon icra hakimiyyətinin başçısı mütəmadi olaraq rayonun müxtəlif yaşayış məntəqələrində olur, yerlərdə əhali ilə görüşür.
 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri “ISFA” şirkətinin rəhbəri Samir Xeyirbəyovla birlikdə Avaran kəndində həyata keçirilən içməli su təchizatı layihəsinin icra vəziyyəti ilə tanış olub.


Kəndin dayanıqlı içməli su ilə təmin olunması məqsədilə icra edilən layihənin birinci mərhələsi 2025-ci ildə uğurla başa çatdırılıb.

Kəndin su təchizatı üçün Cağar-Cibir su kanalından 1,4 km məsafədən su xətti çəkilmiş və kənddaxili şəbəkə qurularaq 125 ev təsərrüfatının su təchizatı təmin edilib. Hazırda layihənin ikinci mərhələsinin icrasına başlanılıb.

Bu mərhələdə Avaran kəndinin digər hissəsində yerləşən 284 ev təsərrüfatının içməli su ilə təmin olunması nəzərdə tutulur. Tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir. İcra başçısı Sahir Məmmədxanov görülən işlərlə əyani tanış olmuş, layihənin texniki göstəriciləri və işlərin icra müddəti ilə maraqlanıb.
 

Görüş zamanı podratçı təşkilatın nümayəndələrinə işlərin təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yüksək keyfiyyətlə və müəyyən edilmiş müddətdə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələr verilib.


Sahir Məmmədxanov Xürel kəndinə səfəri çərçivəsində kəndin qazlaşdırılması layihəsinin icra vəziyyəti ilə yerində tanış olub. Layihənin icrasını həyata keçirən podratçı təşkilatın nümayəndələri görülən işlərin cari vəziyyəti, texniki göstəricilər və növbəti mərhələdə icrası nəzərdə tutulan işlər barədə rayon rəhbərinə ətraflı məlumat verib. Həmçinin Xürel kənd kitabxanasında müəssisənin iş şəraiti ilə tanışlıq baş tutub.
 

Daha sonra Vətən müharibəsi şəhidi Şixəliyev Anvar Vadimoviçin Xürel kəndində yaşayan ailəsi ziyarət edilib. Şəhidin ailə üzvləri ilə səmimi görüş zamanı onların sosial-məişət şəraiti, qayğı və problemləri ilə yaxından maraqlanılıb.


İcra başçısı qeyd edib ki, dövlət başçımız tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov nazir müavini təyin edildi

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

Səudiyyə Ərəbistanı nefti bu kəmər vasitəsilə İXRAC EDİR - Hörmüz boğazına ehtiyacı yoxdur

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

İlham Əliyev: "Kiçik ada dövlətlərini müdafiə etmək mənəvi borcumuzdur"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

"Hamının toyuna pulsuz getsə, nə ilə dolanacaq?"

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən Pre-COP Liderlər Tədbirinin iştirakçılarına MÜRACİƏT

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

End of content

No more pages to load

RADİO