İranın İraqla sərhəddə yerləşən Mərivan meşələrində bir neçə gündür başlayan yanğın davam edir.
Bizim.Media xəbər verir ki, yanğının miqyasının böyüklüyündən narahatlıqlarını ifadə edən hökumət rəsmiləri bildirib ki, ərazi İran-İraq müharibəsindən qalan sursat qalıqlarının olması səbəbindən daha risklidir və son partlayışlar yanğınsöndürənlərin işini daha da çətinləşdirir.
Könüllülərin də cəlb olunduğu yanğının artıq yaxınlıqdakı 3 kəndi əhatə etdiyi bildirilir.
Yanğının səbəbi rəsmi olaraq açıqlanmasa da bəzi mənbələrdə qəsdən törədildiyi qeyd olunur.
Bizim.Media