Amerikalı sahibkar İlon Mask özünün Twitter sosial şəbəkəsində Meta şirkətinin baş direktoru Mark Zukerberqlə döyüşünün canlı yayımlanacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün “Twitter” (indiki X) səhifəsində yazıb.
"Zukerberq və Maskın döyüşü X-də canlı yayımlanacaq. Bütün gəlir veteranların xeyriyyə fondlarına gedəcək", deyə Mask qeyd edib.
Xatırladaq ki, sosial şəbəkələrdə onların atışması fonunda bu döyüşlə bağlı şayiələr yaranmışdı. Daha əvvəl Dana Uayt bildirmişdi ki, Mask və Zukerberq döyüşün vaxtı barədə razılığa gəliblər.

Bizim.Media