Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artmaqda davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha bir nəfərin cəsədi torpağın altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Hazırda daha 24 nəfərin axtarışları davam edir.
Bizim.Media