Erməni tırlarından əvvəl gələn fransız PENSİYAÇILARI – “Humanitar karvan” planının PƏRDƏARXASI

Cənubi Qafqaz qlobal güclər tərəfindən təxribata çəkilir. Azərbaycan və Gürcüstan bu təxribatlardan maksimum dərəcədə sığortalanmağa çalışsa da Ermənistan əksinə təxribatların bir parçası olmağa cəhd edir.

Bu da ondan irəli gəlir ki, Ermənistanın siyasi hakimiyyəti milli və dövləti maraqlardan yox, korporativ maraqlardan çıxış edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin ÇİRKİN PLANI – Laçın sərhəd məntəqəsində hansı təxribat HAZIRLANIR?


Rusiyanın başı Ukraynadakı müharibəyə və beynəlxalq sanksiyalara qarışdığından Cənubi Qafqaz məsələsini ikinci plana keçirib. Qərb də məhz bu faktordan yararlanmaq istəyərək Cənubi Qafqaza girmək, burada əsas güc kimi möhkəmlənmək istəyir. Təbii ki, Qərb bölgəyə davamlı sülh və iqtisadi dirçəliş üçün gəlmir. Daha çox Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmaq istəyir. 

Cənubi Qafqazda mövcud güc balansı necədir?

Nəzərə alaq ki, hazırda Gürcüstanın 20 faizdən çox ərazisi Rusiyanın işğalı altındadır. Ermənistansa bütünlüklə Rusiyanın nəzarətindədir. Azərbaycansa 2025-ci ilə qədər rus sülhməramlılarına öz ərazisində mandat verib. Beləliklə də Rusiya faktiki hər 3 Qafqaz ölkəsinə təsir imkanlarını saxlayır.  

Qərbsə nəinki bununla barəşmaq istəmir, üstəlik hər vasitə ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyir. Əvəzində isə Qərb özü bütün sahələrdə Cənubi Qafqazda möhkəmlənmək istəyir. Bu niyyətinə çatmaq üçünsə ən yaxşı vasitəçi Emənistandır. 

Ən zəif bənd Ermənistandır

Qərbə meyillənən və Rusiya boyunduruğundan qurtulmaq istəyən Paşinyan da Qərbin bölgəyə gəlməsi üçün bütün imkanlarını səfərbər edib. Bunun üçün hətta Azərbaycanla yeni müharibəni belə gözə alır. Çünki, onun hakimiyyətdə qalması erməni xalqının yox, Qərbin iradəsindən asılıdır.

Ona görə də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının Moskva görüşü ərəfəsində rəsmi İrəvan yeni təxribata əl atdı. Üstəlik, Qarabağdakı separatçılar da bu kampaniyaya qoşuldu. Hədəf bölgədə gərginliyi artırmaq, Rusiyanı küncə sıxışdırmaq və Qərbdən “maladies” almaqdır.

Qərbin dəstəyi ilə qurulan yeni plan nədir?

Yada salaq ki, bir neçə gün əvvəl Xankəndindəki ticarət şəbəkələrinin və apteklərin məqsədli şəkildə boşaldılmış rəflərinin foto və videosu lentə alınaraq sosial şəbəkələrdə tirajlandı.

Bunun ardınca rəsmi İrəvan bəyan etdi ki, Xankəndində cəmi 2 günlük ərzaq ehtiyatı qalıb. Və Xankəndinə yardım üçün “humanitar karvan” hazırlandı. Baxmayaraq ki, bu karvanla bağlı Azərbaycana qabaqcadan xəbər verilməli idi. 

Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, humanitar yüklərin çatdırılması üçün Ağdam-Əsgərən yolunu açmağa hazırdır. Amma Paşinyan iqtidarını və Qərbi Qarabağdakı etnik ermənilərin sosial durumu deyil, çirkin siyasi ambisiyaları daha çox maraqlandırır.
Təsadüfi deyil ki, “humanitar karvan” yola salınmazdan əvvəl Ermənistandakı bəzi diplomatik nümayəndələr Ermənistan XİN-ə dəvət olundu, “zəruri planlama” aparıldı. Və Qərbin siyasi missionerləri  “humanitar karvan”dan qabaq  Laçın nəzarət-buraxılış məntəqəsinin yaxınlığında peyda oldu.

Aİ nümayəndələri Laçın NBM-də nəyi görmək istəyirlər?

Ən pisi də odur ki, “humanitar karvan” yola çıxmazdan əvvəl Qərb missionerləri qabaqlayıcı bəyanatlar verməyə başladı. Məsələn, Avropa diplomatiyasının rəhbəri Jozep Borrell  bəyan etdi ki, “Aİ Azərbaycanın Ağdam vasitəsilə yükləri çatdırmağa hazır olduğunu qeyd edib, lakin bu, Laçın dəhlizinin açılmasına(?!) alternativ deyil”.

Aİ missiyasının Ermənistandakı rəhbəri Markus Ritter isə hamıdan qabaq Laçın NBM-ə gəldi. Və həyasızcasına bəyan etdi ki, "Biz baş verənləri izləmək üçün buradayıq. Hələ heç nə baş vermir".

Cənab Ritterin bu fikirləri qorxunc hadisələrin əslində bir anonsudur. Yəni Aİ-yə Laçın NBM –də “humanitar karvan”ın keçidi yox, silahlı insident lazımdır.

Yada salaq ki, mayın 15-də Laçın NBM-də sərhədçilərimizə edilən xain basqından bir gün öncə ABŞ səfiri bu əraziyə gəlmiş və dağ başından binoklla ərazini izləmişdi. Sabahı gün isə səfirin dayandığı yerdən sərhədçilərimiz atəşə tutuldu.

Ona görə də “humanitar karvan”dan qabaq Aİ nümayəndələrinin “hadisə yeri”ndə peyda olmasında təəccüblü bir şey yoxdur. Bu əslində sübut edir ki, Qərb Azərbaycanla Ermənistan arasında silahlı toqquşmanın olmasında çox maraqlıdır.

Bunun üçün Qərb “əzəli düşmən”i  İranla separat danışıqlara belə gedir. Təsadüfi deyil ki, “humanitar karvan” İrəvandan yola çıxan saatlarda Hindistandan yol alan hərbi sursat dolu maşınlar İran ərazisindən Ermənistana giriş edirdi.
Bu da onu göstərir ki, Qərb Cənubi Qafqazda çox çirkin oyunlar qurur. Hindistan və İranın da bir parşası olduğu bu oyunda isə baş rolun ifaçısı Ermənistanın siyasi hakimiyyətidir.

Görünən odur ki, Cənubi Qafqaz yeni təxribatlara hamilədir. Qərb Rusiyanı sıxışdırmaq üçün bölgədə qorxunc oyunlar qurur

Bəs, Qərb və onun əlaltıları öz çirkin oyunlarında nə qədər bacarıqlı olacaqlar? Bunu isə yaxın zamanlarda görəcəyik.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Pisliyi heç vaxt unutmayan 4 BÜRC

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Çindən yeni silah: Radarsız işləyən PUA əleyhinə sistem yaratdı

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Dünyaya XƏBƏRDARLIQ: Gələn il aclıq başlayır

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Türkiyədə istefada olan kontr-admiral HƏBS EDİLDİ

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

End of content

No more pages to load

RADİO