Serbiyadan silah ixracına qadağa qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Miloş Vuçeviç məlumat verib.
Bildirilib ki, ABŞ-ın qeyri-qanuni silah sövdələşmələri və digər cinayət əməlləri ilə bağlı Serbiyanın kəşfiyyat rəhbərinə sanksiya tətbiq etməsinə cavab olaraq ölkədən silah ixracına 30 günlük moratorium qoyulub.
Nazir bu addımın Serbiya ordusunun döyüş hazırlığını dəstəkləmək üçün zəruri olduğunu vurğulayıb.
Bizim.Media