"Taxıl sazişinin müddətinin uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə həmfikirik”.
Bizim.Media "TRT Haber" ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, BMT Baş katibi Antoniu Quterreş də bu barədə Putinə məktub göndərib:
“Ümid edirəm, sazişin müddəti növbəti dəfə uzadılacaq”.
Qeyd edək ki, “Taxıl sazişi”nin müddəti iyulun 17-də başa çatacaq.
Bizim.Media