Bu gün TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur

Bu gün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

Bizim.Media xəbər verir ki, TÜRKSOY-un 6 qurucu üzv ölkəsindən savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi təşkilatda müşahidəçi üzvlük statusuna malikdir.

TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, araşdırılması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. TÜRKSOY yarandığı gündən qardaş xalqların ortaq mədəniyyət çətiri altında söz və sənət dəyərlərimizi bir araya gətirərək təbliğ edir.

Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq artisti Polad Bülbüloğlu 1993-cü ildən TÜRKSOY-un ilk baş katibi olub. Ondan sonra təşkilata Qazaxıstanın keçmiş mədəniyyət naziri, musiqi xadimi Düsen Kaseinov (2008-ci ildən) rəhbərlik edib. 2022-ci ilin martında Daimi Şuranın Bursada keçirilən toplantısında Qırğızıstanın keçmiş mədəniyyət naziri, bu ölkənin Xalq yazıçısı Sultan Raev TÜRKSOY-un üçüncü baş katibi seçilib.

Ötən 30 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.

TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.
Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi bu il ikinci dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirir. Bu il həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirir.

Mayın 12-də Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. Mayın 9-11-də Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi və rəqs qrupları, sənət adamları da qatılıb. İlin sonunadək TÜRKSOY-un iştirakı ilə Azərbaycanda, o cümlədən mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər davam edəcək. Həmçinin TÜRKSOY-un xətti ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər də nəzərdə tutulur.

Hər il, təşkilatın digər üzvləri kimi, Azərbaycanın da görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin adına TÜRKSOY-un xatirə ili elan olunur. Bu il bu sırada anadan olmasının 100 illiyi qeyd olunan görkəmli teatr rejissoru Tofiq Kazımov da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ramala görə hamı əsəb keçirirdi..." - Xalq artisti olan bibisi DANIŞDI

"Ramala görə hamı əsəb keçirirdi..." - Xalq artisti olan bibisi DANIŞDI

Rusiyada dövlət böyüklüyündə torpaq sahələri SATILIR

Rusiyada dövlət böyüklüyündə torpaq sahələri SATILIR

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

End of content

No more pages to load

RADİO