Peskov Putinin üsyandan 5 gün sonra, iyunun 29-da Kremldə Priqojinlə görüşdüyünü təsdiqləyib.
Bizim.Media "mk.ru"ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri mlumat verilib.
Bildirilib ki, görüş təxminən 3 saat davam edib. Görüşdə ümumilikdə 35 nəfər olmaqla “Vaqner” özəl hərbi təşkilatının komandirləri də iştirak edib.
Onun sözlərinə görə, prezident baş verənlərlə bağlı öz qiymətini verib. Həmçinin "Vaqner" nümayəndələrinin işlə təmin olunması ilə bağlı təkliflər də irəli sürülüb.
Bizim.Media