Ukraynaya məxsus orta mənzilli FP-2 pilotsuz uçuş aparatı Krımın Çonqar nəzarət-buraxılış məntəqəsində kolonda dayanan hərbi yük avtomobillərinə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, zərbələrin Rusiya hərbi texnikasının toplandığı əraziyə endirildiyi bildirilir.
Hadisə Rusiyanın bu marşrutun etibarlı şəkildə qorunduğunu və təhlükəsizlik problemlərinin aradan qaldırıldığını bəyan etməsindən qısa müddət sonra baş verib.
Bizim.Media