Abşeron rayonunda Xırdalan Dəmiryol Vağzalının ətrafında nəqliyyatın hərəkətinin təşkili ilə bağlı vəziyyət narazılığa səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Kadrlarda vağzal ətrafında nəqliyyatın nizamsız hərəkəti və piyada axınının xaotik şəkildə təşkil olunduğu görünür.
Bildirilir ki, mövcud vəziyyət həm nəqliyyat əlçatanlığını məhdudlaşdırır, həm də sərnişinlərin rahat hərəkətinə mane olur.
Bizim.Media