Nazirlər Kabineti “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişikliklər edib.
Bizim.Media xəbər verir ki, qərara əsasən, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ürək, Respublika Diaqnostika Mərkəzi kök hüceyrələri transplantasiyası həyata keçirə biləcək.
Qeyd edək ki, Mərkəzi Hospital bu günə qədər qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası köçürülməsini həyata keçirirdi.
Bizim.Media