Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxışa BAŞLADI - FOTO

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
 

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.


Əvvəlcə məhkəmə iclasına sədrlik edən hakim Elmar Rəhimov müdafiə tərəfinin təqsirləndirilən şəxslərlə konfidensial görüş keçirilməsi barədə vəsatətinə məhkəmə kollegiyası tərəfindən baxıldığını və bu məsələnin həll edildiyini diqqətə çatdırıb.

Daha sonra qeyd olunub ki, müdafiə tərəfi və zərərçəkmiş şəxslərin nümayəndələri artıq məhkəmə çıxışlarını ediblər.

Mövcud prosessual ardıcıllığa uyğun olaraq dövlət ittihamının müdafiəsi məqsədilə çıxış etmək üçün söz dövlət ittihamçısına verilir.

Prosesin prosessual ardıcıllığına uyğun olaraq dövlət ittihamının müdafiəsi ilə çıxış edən dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqının nəticələrini və iş üzrə toplanmış sübutları ətraflı təhlil ediblər.

Dövlət ittihamını müdafiə edən prokurorlar qeyd ediblər ki, birinci instansiya məhkəməsində cinayət işi üzrə bütün sübutlar hərtərəfli, tam və obyektiv qaydada araşdırılıb.

İş materiallarında əksini tapan hallar zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar, sənədlər, hadisə yerinə baxış protokolları, eləcə də cinayət işi üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapıb.
 

Əlavə edilib ki, məhkəmə istintaqı zamanı təqdim edilmiş sübutların məcmusu təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların əsaslı olduğunu təsdiq edir və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin cinayət işi üzrə araşdırılmış sübutlarla uzlaşdığını göstərir.
Məhkəmənin növbəti iclası iyulun 24-də keçiriləcək.


Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər

“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər

Tramp: “İranla mənasız görüşlər keçirmək istəmirik”

Tramp: “İranla mənasız görüşlər keçirmək istəmirik”

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Kəlbəcərdəki partlayışda yaralanan şəxs müalicədən İMTİNA ETDİ

Kəlbəcərdəki partlayışda yaralanan şəxs müalicədən İMTİNA ETDİ

"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"

"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"

Gəncə və Samuxdakı zəhərlənmənin dəqiq səbəbi məlum oldu - RƏSMİ

Gəncə və Samuxdakı zəhərlənmənin dəqiq səbəbi məlum oldu - RƏSMİ

Dalğıclar dənizdə batmaqda olan şəxsi xilas etdi

Dalğıclar dənizdə batmaqda olan şəxsi xilas etdi

Gürcüstan klubunun hücumçusu “Şəfa” ilə müqavilə imzaladı

Gürcüstan klubunun hücumçusu “Şəfa” ilə müqavilə imzaladı

17 ildən sonra Trampla yenidən görüşdülər

17 ildən sonra Trampla yenidən görüşdülər

Təbriz və Almatı şəhərləri qardaşlaşacaq

Təbriz və Almatı şəhərləri qardaşlaşacaq

İran səfiri Küveyt XİN-ə çağırıldı

İran səfiri Küveyt XİN-ə çağırıldı

Rodri “Real”a keçmək istəyir

Rodri “Real”a keçmək istəyir

"Avropada müğənnilər məni təkrarlayırlar"

"Avropada müğənnilər məni təkrarlayırlar"

Ermənistan güləşçiləri Azərbaycana gəlir

Ermənistan güləşçiləri Azərbaycana gəlir

İlham Əliyevin Almaniyaya səfərindən VİDEOÇARX

İlham Əliyevin Almaniyaya səfərindən VİDEOÇARX

Pentaqon İranla müharibənin xərcini qarşılaya bilmir - Ehtiyatlar tükənir

Pentaqon İranla müharibənin xərcini qarşılaya bilmir - Ehtiyatlar tükənir

“Sabah” – “Kups” matçında heyətlər açıqlandı

“Sabah” – “Kups” matçında heyətlər açıqlandı

"Limon turşusu" səhifəsinin adminləri HƏBS OLUNDU

"Limon turşusu" səhifəsinin adminləri HƏBS OLUNDU

İlham Əliyev Bakıda keçirilən gizli görüşdən danışdı: “Ərazimizdən bizdən xəbərsiz istifadə olunub” - VİDEO

İlham Əliyev Bakıda keçirilən gizli görüşdən danışdı: “Ərazimizdən bizdən xəbərsiz istifadə olunub” - VİDEO

Sürücülərin nəzərinə: "8-ci km" bazarına gedən yol BAĞLANIR

Sürücülərin nəzərinə: "8-ci km" bazarına gedən yol BAĞLANIR

“Qəbələ” Şotlandiyada oynamış futbolçu ilə anlaşdı

“Qəbələ” Şotlandiyada oynamış futbolçu ilə anlaşdı

İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırıldı

Küveyt İranın raket hücumları barədə MƏLUMAT YAYDI

Küveyt İranın raket hücumları barədə MƏLUMAT YAYDI

“Zirə” hücumçu transfer etdi

“Zirə” hücumçu transfer etdi

End of content

No more pages to load

RADİO