Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı yeni şərt irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan bildirib ki, Avropa İttifaqı Türkiyəni tamhüquqlu üzv etsə, Ankara NATO-da İsveçi dəstəkləyəcək:
“Avropa İttifaqı Türkiyənin Aİ-nin tamhüquqlu üzvü olması üçün səy göstərsə, Ankara İsveçin NATO- ya daxil olmasını dəstəkləyəcək. Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”.
Bizim.Media