İrandan narkotik gətirən daha bir nəfər SAXLANILDI – FOTO/VİDEO  

İrandan Azərbaycana 93 kiloqram narkotik gətirən daha bir nəfər saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, xaricdə, xüsusən İranda yaşayan narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslər narkotik vasitələri keçilməsi çətin olan dağlıq ərazilər və dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Azərbaycana buradan da digər ölkələrə göndərməyə çalışırlar. 

Bu istiqamətdə Xəzər dənizinin İran sahillərindən ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən əsas şəxslərdən daha birinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən növbəti tədbir həyata keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonunda baş tutan tədbir nəticəsində Masallı rayon sakini Rafiq Ağayev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb.

Onun avtomobilinə və üzərinə baxış zamanı 93 kiloqram, o cümlədən 74 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuaua, 11 kiloqram tiryək, 8 kiloqram metamfetamin və 30 ədəd narkotik tərkibli həb aşkar edilib. 
Qeyd edək ki, Rafiq Ağayevdən aşkar edilən narkotik vasitə kütlələri ölkəyə dəniz yolu ilə gətirildiyi üçün xüsusi plastik çəlləklərdə qablaşdırılıb. 

Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşı, şəxsiyyəti istintaqla araşdırılan “Kazım” adı tanışının vasitəsilə Sabunçu rayonunda gizlədilən yerdən maddi gəlir əldə etmək məqsədi ilə götürdüyünü bildirib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Rafiq Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir. 

"Ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir", - məlumatda qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Bakıda yaşayış evini restorana çevirdilər - Qonşular ŞİKAYƏTÇİDİR - VİDEO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

Dünya çempionatında boksçularımızdan qələbə - FOTO

“WhatsApp”ın işində problem YARANDI

“WhatsApp”ın işində problem YARANDI

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Tramp: “Putinin müharibəyə başlaması ilə bağlı bütün detalları açıqlayacağam”

Atasının sözləri Güneli ağlatdı - VİDEO

Atasının sözləri Güneli ağlatdı - VİDEO

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

"Çelsi"nin kapitanı əməliyyat olundu

"Çelsi"nin kapitanı əməliyyat olundu

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

"Məcburam dərdimi sizinlə bölüşüm"

"Məcburam dərdimi sizinlə bölüşüm"

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Azər Bağırov qələbəni ona həsr etdi

Azər Bağırov qələbəni ona həsr etdi

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

End of content

No more pages to load

RADİO