Monteneqronun Budva şəhərində keçirilən U-19 dünya çempionatında idmançılarımız ilk günə qələbə ilə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Məlumata görə, Səfdər Məmmədzadə (+90 kq) 1/8 finalda Kirill Jukovskini 3:2 hesabı ilə məğlub edib.
Digər qarşılaşmada isə Nihat Qasımov (55 kq) startda Nursultan Duşonalıyevə 3:2 hesabı ilə qalib gəlib.


Bizim.media