İran hərbçiləri bu gün Hörmüz boğazında iki neft tankerini saxlamağa cəhd ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Beşinci Donanması yayıb.
“İran donanması qanunları pozmadan beynəlxalq sularda marşrutu izləyən ticarət tankerlərinin qarşısını almağa cəhd edib. ABŞ Hərbi Dəniz Qüvvələri buna dərhal cavab verib və bu müdaxilə cəhdlərinin qarşısı alınıb”, - deyə Beşinci Donanmanın sözçüsü Tim Haukins bildirib.
Bizim.Media