"Euronews": Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır – VİDEO

Azərbaycan WUF 13-ə ev sahibliyi edəcək ölkə kimi insanyönümlü şəhər inkişafı, təhlükəsizlik, müdafiə və inklüzivlik prinsiplərini beynəlxalq auditoriyaya çatdırmağa çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə "Euronews"un Azərbaycanın 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlığına həsr olunmuş reportajında deyilir.

Telekanal qeyd edir ki, beynəlxalq tərəfdaşlıqların fəal iştirakçısı olan ölkə qlobal dialoqun formalaşmasına töhfə verir.

"Bu gün fəxrlə deyə bilərik ki, UN-Habitat-ın İcraiyyə Şurasının üzvüyük. Bundan başqa, biz hamı üçün əlçatan mənzil təminatı üzrə Hökumətlərarası İşçi Qrupuna həmsədrlik edirik", - telekanal WUF 13-ün milli koordinatorunun müavini Gülşən Rzayevanın sözlərindən sitat gətirir.
 

Onun sözlərinə görə, bu cür platformalar həm Azərbaycana, həm də bütün beynəlxalq ictimaiyyətə dialoq üçün geniş imkanlar yaradır.


"Euronews" vurğulayır ki, WUF13-ün keçirilməsi bütün dünyada şəhərlərin oxşar çağırışlarla - məskunlaşmanın sürətli artımı, mənzil sektoruna təzyiq, iqlim dəyişikliyinə davamlılıq və dayanıqlı inkişaf zərurəti ilə üzləşməsi ilə şərtlənib.

"Bu vəzifələrin həlli yalnız yerli səviyyədə tədbirlərin görülməsini deyil, həm də beynəlxalq əməkdaşlıq, eləcə də ölkələr arasında təcrübə mübadiləsinin aparılmasını tələb edir.

Azərbaycanın insanyönümlü "ağıllı" şəhərlərin inkişafına yanaşması qlobal şəhər gündəliyinin əsas mövzularından biridir", - reportajda qeyd olunur.

Milli koordinatorun müavini vurğulayıb ki, Azərbaycan şəhər infrastrukturunun bərpası və əhalinin postmünaqişə əraziləri qaytarılması sahəsində böyük təcrübəyə malikdir.

Telekanal qeyd edir ki, bu kontekstdə dayanıqlı inkişaf məqsədləri WUF13-də aparıcı yer tutur, çünki onlar şəhərlərin planlaşdırılması, idarə olunması və inkişafına yanaşmaları müəyyən edən qlobal çərçivəni formalaşdırır.
 

Reportajda həmçinin Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynovun sözləri sitat gətirilir. Onun sözlərinə görə, Azərbaycan iki-üç ildən bir toplanan Dayanıqlı İnkişaf Məqsədləri üzrə dialoq platforması yaradıb.


"Biz müxtəlif dayanıqlı inkişaf məqsədləri kontekstində cəmiyyətlərin üzləşdiyi çağırışları müzakirə edirik. Bu müzakirələrin nəticələrinə əsasən həm özəl, həm də dövlət sektoru üçün öhdəliklər formalaşdırılır, bundan sonra isə müxtəlif icmalara mövcud problemlərin həlli və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində çağırışların aradan qaldırılması barədə tövsiyələr göndəririk", - o bildirib.

UN-Habitat-ın Azərbaycandakı ölkə ofisinin rəhbəri Anna Soave isə qeyd edib ki, WUF tənzimləyici tədbir deyil. Bilik mübadiləsi platforması olaraq təşkilatçılar təcrübə mübadiləsi üçün tərəflər arasında dialoq aparmaq imkanına üstünlük verirlər.
 

"Biz realist olmalıyıq. Heç bir ölkə, heç bir iştirakçı bütün problemlərin hazır həllinə malik deyil. İnsanlar buraya başqalarından öyrənmək və əldə etdikləri bilikləri öz kontekstlərinə uyğun olaraq tətbiq etmək üçün gəlirlər", - o qeyd edib.


Telekanal bildirir ki, Azərbaycanın təqdim etdiyi təşəbbüslər ölkənin şəhərlərin bərpası, münaqişədən sonrakı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, nəqliyyat və innovasiyalar sahəsindəki təcrübəsini bölüşməyə yönəlib və bu, WUF 13-ü xüsusilə əhəmiyyətli hadisəyə çevirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO

Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var

Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var

Bakıda mağazadan 100 minlik qızıl oğurlandı - 4 nəfər tutuldu – VİDEO

Bakıda mağazadan 100 minlik qızıl oğurlandı - 4 nəfər tutuldu – VİDEO

Qubadlı sakinlərinə MÜJDƏ – Bu kəndlərdə işlər tezliklə yekunlaşacaq – FOTO

Qubadlı sakinlərinə MÜJDƏ – Bu kəndlərdə işlər tezliklə yekunlaşacaq – FOTO

Dünyanın ən gözəl aktrisası İslamı qəbul edib? – VİDEO

Dünyanın ən gözəl aktrisası İslamı qəbul edib? – VİDEO

Yayda bu meyvələrin qiyməti KƏSKİN ARTACAQ

Yayda bu meyvələrin qiyməti KƏSKİN ARTACAQ

“Allah haqqı bilmirəm, müəllim” - Məşqçi ilə idmançımız arasında dialoq – VİDEO

“Allah haqqı bilmirəm, müəllim” - Məşqçi ilə idmançımız arasında dialoq – VİDEO

Hikmət Hacıyev Elçin Qasımovla görüşdü – FOTO

Hikmət Hacıyev Elçin Qasımovla görüşdü – FOTO

Çindən TƏCİLİ ÇAĞIRIŞ – Dərhal bu ölkəni tərk edin

Çindən TƏCİLİ ÇAĞIRIŞ – Dərhal bu ölkəni tərk edin

MSK-nın yeni tərkibi BU TARİXDƏ təsdiqlənəcək

MSK-nın yeni tərkibi BU TARİXDƏ təsdiqlənəcək

DİN-dən ƏMƏLİYYAT: Narkotacirlər belə saxlanıldı – ANBAAN VİDEO

DİN-dən ƏMƏLİYYAT: Narkotacirlər belə saxlanıldı – ANBAAN VİDEO

UEFA Prezidentindən əl ilə oyuna görə penalti verilməməsinə REAKSİYA

UEFA Prezidentindən əl ilə oyuna görə penalti verilməməsinə REAKSİYA

Bakıda parkda meyit TAPILDI

Bakıda parkda meyit TAPILDI

End of content

No more pages to load

RADİO