Oskar mükafatı laureatı, bu günlərdə dünyanın ən gözəl aktrisası seçilmiş Enn Hatevey yeni filmi üçün "People" jurnalına verdiyi müsahibədə "İnşallah" sözünü işlətməsi sosial mediada gündəm olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun belə deməsi dini inancları ilə bağlı geniş müzakirələrə səbəb olub.
İstifadəçilər onun gizlincə İslamı qəbul etdiyini deyirlər, bəziləri isə müsəlman olmağa hazırlaşdığını deyir.
Xatırladaq ki, “Şeytan dəblə geyinir-2” filminin qalasında aktrisaya bir fanatı Qurani-Kərim hədiyyə etmişdi. O da bu hədiyyəni sevinclə qəbul etmişdi.
Qeyd edək ki, Enn Hatevey "People" jurnalı tərəfindən "Dünyanın ən gözəl qadını" seçilib.
Bizim.Media