30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

Paytaxtda 30 il əvvəl baş verən qətlin üstü açılıb. Hadisə 1996-cı il aprelin 10-da qeydə alınıb. 

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, Şahin Cəlilovla Hidayət Qafarov əvvəlcədən qrup şəklində planlaşdıraraq metronun "Neftçilər" stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun maşınında müştəri qismində əyləşib və onu Qaraçuxur qəsəbəsi ərazisinə gətiriblər. Həmin şəxslər bir müddət sonra avtomobildə sürücünü boğaraq onu qətlə yetirib, mərhumun meyitini basdırıblar.
 

Şahin Cəlilovla Hidayət Qafarov mərhuma məxsus avtomobili hissələrə bölərək satıb, əldə etdikləri pulu öz aralarında bölüblər.


Cinayətin üstü 30 il sonra açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyitin basdırıldığı ərazidə baxış keçirilən zaman mərhuma məxsus meyit qalıqları (sümüklər) aşkar edilərək ekspertizaya təhvil verilib.

Hadisənin şahidi olan qonşu Elşən Əhmədov bildirib ki, ərazidə qazıntı işləri aparılarkən əvvəlcə nə baş verdiyini anlamayıblar:

"Sonradan öyrəndik ki, burada 1996-cı ildə cinayət hadisəsi törədilib. Sakinləri izahat verməyə çağırdılar. Hadisəni törədənlərdən biri - Hidayət qardaşının evi yaxınlıqda olduğu üçün buralara tez-tez gəlib-gedərdi, sakit insan idi".

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydıqları məlumata əsasən, 2026-cı il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycanın 2000-ci il sentyabrın birinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dostunun yasında vəfat etdi

Dostunun yasında vəfat etdi

Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

Azərbaycanlı məşhur milyarder Qarabağda – FOTO

Kiberdələduzların YENİ FIRILDAĞI – Bu zənglərə cavab versəniz, pullarınız OĞURLANACAQ!

Kiberdələduzların YENİ FIRILDAĞI – Bu zənglərə cavab versəniz, pullarınız OĞURLANACAQ!

ABŞ dörd İran rəsmisinə qarşı sui-qəsd hazırlayır – SENSASİON ADLAR

ABŞ dörd İran rəsmisinə qarşı sui-qəsd hazırlayır – SENSASİON ADLAR

Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

Ucarda çaqqal sakinlərə HÜCUM ETDİ - Xəsarət alanlar var

“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

“Zirə” – “Neftçi” matçında səhv qərar verən hakim ikinci liqaya GÖNDƏRİLDİ

Azərbaycanda yaşayan İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Azərbaycanda yaşayan İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Nazirlər Kabinetində Kür çayı ilə bağlı MÜHÜM İCLAS: Tapşırıqlar verildi

Nazirlər Kabinetində Kür çayı ilə bağlı MÜHÜM İCLAS: Tapşırıqlar verildi

Səkkiz ildir içki içmir – Yenə də SƏRXOŞDUR

Səkkiz ildir içki içmir – Yenə də SƏRXOŞDUR

Şuşada bərpa və konservasiya olunmuş abidələrin SİYAHISI

Şuşada bərpa və konservasiya olunmuş abidələrin SİYAHISI

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

Azərbaycanda I rübdə ödənilən müavinət və Prezident təqaüdünün MƏBLƏĞİ

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

İrəvanda Türkiyə bayrağının yandırılmasına Azərbaycan XİN-dən REAKSİYA

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə BAŞLAYIR

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Mesajları oxumağa ehtiyac qalmadı - “WhatsApp”da YENİLİK

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Pərviz Şahbazovu Samir Şərifov ƏVƏZ ETDİ – SƏRƏNCAM

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

Prezidentdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

30 il əvvəlki qətlin üstü necə açıldı? - Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI - VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi – VİDEO

Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var

Gəncədə dərmandan ZƏHƏRLƏNMƏ – Ölən var

Bakıda mağazadan 100 minlik qızıl oğurlandı - 4 nəfər tutuldu – VİDEO

Bakıda mağazadan 100 minlik qızıl oğurlandı - 4 nəfər tutuldu – VİDEO

End of content

No more pages to load

RADİO