Roma Papası Fransisk İsveçdə Quranın yandırılması aksiyasını pisləyib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Roma Papasının sözlərinə görə, belə hərəkətlərə söz azadlığı ilə bəraət qazandırmaq olmaz.
“Söz azadlığı başqasına nifrət vasitəsi kimi, həmçinin qəbul olunmayan və qınanılan əməllərə haqq qazandırmaq üçün istifadə edilməməlidir”, - deyə Papa bildirib.
Xatırladaq ki, İsveç polisi iyulun 28-də Stokholmun ən iri məscidi qarşısında etiraz aksiyasına icazə verib. Aksiya zamanı iştirakçılardan biri – 37 yaşlı şəxs Quranın bir neçə səhifəsini yandırıb.
Bizim.Media