Prezidentdən yerli icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bizim.Media fərmanın mətnini təqdim edir:

1. “Qaçqın və köçkünlərin məskunlaşdığı düşərgələrdə idarəetmə sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 17 sentyabr tarixli 207 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 257 (Cild I) 2-ci hissəsində “hakimiyyətinin nümayəndəsi, nümayəndənin müavini, nümayəndəliyin katibi” sözləri “hakimiyyəti başçısının nümayəndəsi, baş məsləhətçi–ev təsərrüfatlarının uçotu işinin aparıcısı, xadimə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440 (Cild I); 2024, № 5 (I kitab), maddə 526; 2025, № 5, maddə 444, № 9, maddə 817; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 624 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1.8.4-cü abzasda “orqanlarının” sözü “başçılarının” sözü ilə əvəz olunsun, həmin abzasa ikinci halda “dairələri” sözündən sonra “üzrə” sözü əlavə edilsin və həmin abzasdan ikinci halda “, böyük məsləhətçi, aparıcı məsləhətçi” sözləri çıxarılsın;

2.2. 2.3.4-cü yarımbənd üzrə:

2.2.1. 3-cü abzasdan “, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində” sözləri çıxarılsın və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

2.2.2. aşağıdakı məzmunda 4-cü abzas əlavə edilsin:

“4. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində aparıcı mütəxəssis.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 508 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 892 (Cild I) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydaları”nın 2.4-cü bəndində “hüquq şöbəsinin” sözləri “hüquq məsələləri üzrə struktur bölməsinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 186 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3-cü bənddə, 7-ci bəndin birinci və ikinci abzaslarında, 8-ci bənddə, 9-cu bəndin ikinci cümləsində, 10-cu bəndin ikinci abzasının ikinci cümləsində, 12-ci bəndin birinci cümləsində, 15-ci bəndin birinci və üçüncü abzaslarında və ikinci abzasının birinci cümləsində, 17-ci bəndin ikinci abzasında ismin müvafiq hallarında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri ismin müvafiq hallarında “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.2. 25-ci bəndin birinci abzasının birinci cümləsində “hüquq şöbəsinin” sözləri “hüquq məsələləri üzrə struktur bölməsinin” sözləri ilə əvəz edilsin;

4.3. 28-ci bənddə “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinə” sözləri ilə əvəz edilsin;

4.4. 29-cu bəndin birinci abzasında və 30-cu bənddə “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.5. 31-ci bənddə “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.6. 38-ci bəndin dördüncü abzasında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.7. 39-cu bəndin birinci abzasında, 45-ci, 49-cu bəndlərdə, 50-ci bəndin birinci abzasında, 52-ci bəndin ikinci abzasında, 53-cü bənddə və 54-cü bəndin birinci abzasında ismin müvafiq hallarında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri ismin müvafiq hallarında “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.8. 55-ci bənd üzrə:

4.8.1. birinci abzasda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.8.2. ikinci abzasda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində” sözləri ilə əvəz edilsin;

4.9. 57-ci bənddə, 61-ci bəndin birinci abzasında, 62-ci bəndin yeddinci cümləsində, 65-ci bəndin birinci və ikinci abzaslarında, 70-ci bənddə ismin müvafiq hallarında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri ismin müvafiq hallarında “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.10. 72-ci bəndin birinci abzasında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.11. 80-ci, 81-ci bəndlərdə, 83-cü bəndin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 88-ci bəndin birinci cümləsində, 91-ci bənddə, 92-ci bəndin ikinci abzasında, 93-cü bəndin birinci abzasının ikinci cümləsində, 96-cı bəndin birinci abzasının ikinci cümləsində və ikinci abzasında ismin müvafiq hallarında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri ismin müvafiq hallarında “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.12. 97-ci bəndin birinci cümləsində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.13. 98-ci bəndin ikinci abzasının ikinci cümləsində, 99-cu bəndin birinci abzasının ikinci və beşinci cümlələrində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinin” sözləri ilə əvəz edilsin;

4.14. 102-ci bəndin birinci abzasının birinci cümləsində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində” sözləri ilə əvəz edilsin;

4.15. 103-cü bənd üzrə:

4.15.1. birinci abzasda “kadr işlərinin aparılması həvalə edilmiş şöbəsinə” sözləri “kadr məsələləri üzrə struktur bölməsinə” sözləri ilə əvəz edilsin;

4.15.2. onuncu abzasda “Kadr işlərini aparan şöbə” sözləri “Kadr məsələləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.16. 104-cü bənddə “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində” sözləri ilə əvəz edilsin;

4.17. 107-ci bəndin birinci abzasında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.18. 109-cu bənd üzrə:

4.18.1. ikinci abzasın birinci cümləsində, üçüncü və dördüncü abzaslarda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.18.2. altıncı abzasın ikinci cümləsində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinə” sözləri ilə əvəz edilsin;

4.19. 110-cu bəndin birinci abzasında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində” sözləri ilə əvəz edilsin;

4.20. 111-ci bəndin birinci abzasında və ikinci abzasının ikinci cümləsində, 115-ci bəndin birinci abzasında və 116-cı bənddə ismin müvafiq hallarında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri ismin müvafiq hallarında “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.21. 119-cu bənd üzrə:

4.21.1. birinci abzasın birinci cümləsində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə, ikinci cümləsində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinə” sözləri ilə əvəz edilsin;

4.21.2. yeddinci abzasda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsində” sözləri ilə əvəz edilsin;

4.22. 121-ci bənddə və 123-cü bəndin birinci abzasında ismin müvafiq hallarında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri ismin müvafiq hallarında “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.23. 124-cü bənd üzrə:

4.23.1. birinci abzasda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinin” sözləri ilə əvəz edilsin;

4.23.2. ikinci abzasda “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinin” sözləri ilə əvəz edilsin;

4.24. 128-ci bənddə, 129-cu bəndin birinci cümləsində, 130-cu bənddə, 136-cı bəndin birinci cümləsində və 137-ci bənddə (hər iki halda) ismin müvafiq hallarında “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” sözləri ismin müvafiq hallarında “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.25. həmin Təlimata 3 və 26 nömrəli əlavələrdə “Ümumi şöbə” sözləri “Sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsi” sözləri ilə əvəz edilsin;

4.26. həmin Təlimata 13 nömrəli əlavədə “ümumi şöbəyə” sözləri “sənədlər və vətəndaş müraciətləri üzrə struktur bölməsinə” sözləri ilə əvəz edilsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

End of content

No more pages to load

RADİO