Beş il ərzində əqli geriliyi olduğu deyilən bir uşağın zəncirlənərək qaranlıq otaqda saxlanıldığı barədə görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, Abdullah adlı uşaq uzun müddət təkliyə məhkum edilib və normal həyat şəraitindən uzaq yaşayıb.
Utancverici və qandonduran vəziyyətə könüllülərin müdaxiləsi ilə son qoyulub. Uşaq zəncirdən azad edildikdən sonra ilk reaksiyalarından biri yemək axtarmaq olub. Bu da onun uzun müddət normal qidalanmadığı ehtimalını gücləndirir.
Bizim.Media