Haaqada bir nəfər Belarus səfirliyinin binasına hücum edib. Hadisə bu gecə baş verib. Naməlum şəxs pəncərələri sındıraraq səfirliyin binasını rəngləyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosail şəbəkələrdə fotolar yayımlanıb.
Fotolarda qırmızı-qara boya və “Luka-terrorçu” yazısı görünür. Həmçinin səfirliyin binasına belarus dilində “Yaşasın Belarus” sözləri də yazılıb.
Niderlandda hüquq-mühafizə orqanlarının əməkdaşları səfirliyə ziyan vuran şəxsi saxlayıb. Polis ərazini mühasirəyə alıb və araşdırma aparır.
Bizim.Media