“Şagirdlərin tədris zamanı əməyə alışmasını məktəb məhdudlaşdırır” - Ekspertdən XƏBƏRDARLIQ

Əmək tərbiyəsi sistemli şəkildə təlim-tərbiyə müəssisələrində aparılır. Bu tədris böyüyən nəsildə, ümumiyyətlə insanlarda həyat üçün zəruri olan əmək, bacarıq və vərdişlərin formalaşdırılması prosesidir.

Sovet məktəblərində bir vaxtlar tədris olunan əmək təlimi şagirdlərin əmək və bacarıq, onların əməyə alışması vərdişlərini yaradırdı.

Bu praktikanın fiziki və psixoloji təsirləri həm də şagirdlərin sözügedən fənnə məhəbbət hissini formalaşdırmış olurdu. Bu isə peşə təhsili almaq istəyənlərin işini asanlaşdırırdı. Hazırki ümumtəhsil məktəblərində tədris olunan Texnologiya fənni nəinki əməyə alışdırma prinsipləri yaratmır, həm də uşaqların bacarıq vərdişlərini məhdudlaşdırır.

Bu boşluqları isə şagirdin gələcəkdə yönələcəyi ali təhsil tutur. Ekspertlərin fikrincə, məhdudlaşdırılan bacarıqlar uşaqların beynini həddən artıq yükləyir və onları manqurtlaşdırır. Bu isə ümumi inkişaf fonunda səmərəliliyi azaldır. 

Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya açıqlamasında deyib ki, müstəqil, hüquqi, azad sahibkarlıq, bazar iqtisadiyyatının, xüsusi mülkiyyətçiliyin qurulduğu bir ölkədə uşaq və yeniyetmələrin əmək tərbiyəsi, peşəyönümü, estetik zövqlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir:
 

MÖVZU İLƏ BAĞLI:

DİM dərsliklərin monitorinqini apardı - Üst-üstə düşməyən faktlar var


“Bu istiqamətdə iş görməli olan otra məktəblər qeyd olunan istiqamətdən kənarda qalırlar. Məktəb yaşlı uşaqların hərtərəfli, ahəngdar inkişafına xidmət edən təhsil fənləri içərisində Texnologiya fənninin də özünəməxsus yeri və rolu var.
 

Əvvəlki illərdə Əmək təlimi, indiki Texnologiya fənni şagirdlərdə əməyə və əmək adamlarına məhəbbət və hörmət hissi oyatmalı, onlarda  gücləri  çatan ictimai-faydalı məhsuldar işlərdə iştirak etmək bacarığı tərbiyə etməlidir.


Lakin indi bu fənnin ancaq adı və dərs saatı var. Onu bir çox orta məktəblərdə başqa fənlərlə qeyri rəsmi olaraq əvəz ediblər və hansı fənndən şagirdlərin dərsi çatmırsa, Texnologiya fənninin yerinə o fənn keçirilir.

Texniki tərəqqinin böyük vüsət aldığı, elektron və informasiya texnologiyalarının rolunun artdığı və bazar iqtisadiyyatı şəraitində rəqabətin gündən-günə gücləndiyi müasir dövrdə bu fənn şagirdlərdə texnoloji təfəkkürün inkişafına, onlarda texnoloji bacarıqların formalaşmasına, sonrakı mərhələlərdə təhsillərini davam etdirmək üçün zəruri biliklərə yiyələnmələrinə xidmət edir.
 

Ancaq bizim şagirdlər bu kompetensiyalardan məhz məktəblərdəki nəzarətsizlik ucbatından məhrum qalırlar”. 


Ekspertin sözlərinə görə, müasir dövrdə məktəb yaşlı uşaqlara texnika və texnologiyaya dair lazımi biliklərin verilməsi, həmçinin texnoloji mədəniyyətin aşılanması böyük əhəmiyyət kəsb edir:

“Bu gün cəmiyyətdə baş verən hadisələrin sayının çoxalmasında orta məktəblərdə fənlərin düzgün, yerində tədris edilməməsinin təsiri var. Hesab edirəm ki, bir çox fənlərə ögey münasibətin qarşısını almaq üçün bu fənlər qəbul imtahanlarına salınmalıdır. Bundan başqa mütəmadi olaraq ögey münasibət bəslənilən fənlərlə bağlı monitorinqlər aparmaq lazımdır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Braziliya Prezidenti ilə qapalı görüşdü - NİYƏ?

Tramp Braziliya Prezidenti ilə qapalı görüşdü - NİYƏ?

İranda Bəndər-Abbas limanına hücum: BƏƏ qırıcıları bombalayıb

İranda Bəndər-Abbas limanına hücum: BƏƏ qırıcıları bombalayıb

ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

Tramp Aİ-ni TƏHDİD ETDİ: İyulun 4-nə qədər vaxtınız var...

Tramp Aİ-ni TƏHDİD ETDİ: İyulun 4-nə qədər vaxtınız var...

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

“Real”ın məşqində dava düşdü

“Real”ın məşqində dava düşdü

Bakıda 8 yaşlı uşaq itkin düşdü

Bakıda 8 yaşlı uşaq itkin düşdü

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Prezident onları da mükafatlandırdı - FOTO

Prezident onları da mükafatlandırdı - FOTO

"Altıncı hissi" olan BÜRCLƏR

"Altıncı hissi" olan BÜRCLƏR

Bakı məktəblərində şagirdlərdən müəllimlərə qarşı utancverici davranış - VİDEO

Bakı məktəblərində şagirdlərdən müəllimlərə qarşı utancverici davranış - VİDEO

Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu

Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu

End of content

No more pages to load

RADİO