İyunun 14-nə keçən gecə Rusiya silahlı qüvvələri Odessa şəhərinin mülki infrastrukturlarını dörd “Kalibr” raketi ilə vurub.
Bizim.Media Ukrayna Daxili İşlər Naziriliyinə istinadən xəbər verir ki, nəticədə Odessada ticarət mərkəzi, təhsil müəssisəsi, yaşayış kompleksi, qida obyektləri və mağazalar dağıntıya məruz qalıb.
Dağıntılar nəticəsində azı 3 nəfər həlak olub, 13-ü isə yaralanıb. Dağıntılar təmizlənir, onların altında hələ də insanların olduğu istisna edilmir.
“Cənub” Hərbi Komandanlığı qeyd edir ki, “Kalibr” tipli 4 qanadlı raketdən ikisi Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Monitorinq qrupları bildirir ki, işğalçılar ölkənin şərq və mərkəzi rayonlarında gecə saatlarında kamikadze dronlardan da istifadə ediblər.
Bizim.Media