Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Cənubi Koreyanın müdafiə naziri Li Çon Supla görüşüb.
Bizim.Media xəbər verir ki, Jozep Borrell görüş sonrası müzakirə edilən mövzular barədə açıqlama verib.
“Şimali Koreyanın davam edən təxribatları ilə bağlı narahatlığı paylaşdıq və Ukraynanın sursat ehtiyaclarını müzakirə etdik.
Uğurlu görüşümüzdən sonra yeni təhlükəsizlik və müdafiə tərəfdaşlığı inkişaf etdirmək üçün birlikdə çalışırıq”, -deyə Borrell qeyd edib.
Bizim.Media