Azərbaycan XİN nasizm üzərində Qələbə ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin 78-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün dünya tarixinin ən dağıdıcı müharibələrindən biri olan İkinci Dünya müharibəsində nasizm üzərində tarixi qələbənin qazanılmasından 78 il ötür.

9 May – Qələbə Günü kimi qeyd olunan bu əlamətdar gündə bəşəriyyəti ciddi təhdid altında qoyan nasizm təhlükəsinə qarşı mübarizə aparan hər kəsin, o cümlədən müharibə dövründə misilsiz şücaət və fədakarlıq nümayiş etdirən qəhrəman həmvətənlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Nasizm üzərində qələbənin ildönümündə irqçilik, nasizm, faşizm kimi beynəlxalq sülh və təhlükəsizliyə hədə törədən təhlükəli ideologiyalara bəraət qazandırılması, onları dəstəkləyənlərin qəhrəmanlaşdırılması cəhdlərini qətiyyətlə pisləyir, bir daha bütün dünyanı sarsıdan, beynəlxalq ictimaiyyəti kütləvi insan tələfatı və dağıntılarla nəticələnən müharibə təhlükələri ilə üzləşməmək naminə bu kimi tendensiyaların aradan qaldırılması istiqamətində əməkdaşlığa çağırırıq.

Nasizm üzərində qələbənin qazanılmasında müharibə illərində ön cəbhədə, o cümlədən arxa cəbhədə igidlik göstərən, 600 mindən çox oğul və qızını cəbhəyə yola salan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycan xalqının rolu və xidmətləri danılmazdır. Bu xüsusda, qələbənin qazanılmasında göstərdiyi şücaətə görə 123 həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub.

Arxa cəbhədə xalqımızın fədakar əməyi, Qələbə naminə tam səfərbərliyi ön cəbhədə döyüşən orduya dəstəyin göstərilməsində, o cümlədən müharibədə qələbə qazanılmasında müstəsna əhəmiyyətə malik olub.

Azərbaycanın təbii sərvətləri, xüsusilə neft ehtiyatları nasizmə qarşı aparılan mübarizədə qələbənin təmin olunmasında həlledici rol oynayıb. 1941-1945-ci illərdə Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb.

Cəbhənin tələbatını ödəmək naminə gecə-gündüz çalışan neftçilərimizin əvəzsiz xidməti sayəsində istehsal olunan məhsullar müharibənin taleyində həlledici rol oynayıb.

Tarix boyu vətənini, suverenliyini və ərazi bütövlüyünü qorumaq naminə bütün fədakarlıqlara hazır olan xalqımızın müasir tarixi də parlaq qələbələrlə, xüsusilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun qazandığı Şanlı Zəfərlə əlamətdardır.

Məhz 44 günlük Vətən müharibəsində xalqımız beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün bərpası naminə səfərbər olaraq Ermənistanın 30 ilə yaxın davam edən qeyri-qanuni hərbi işğalına son qoydu, bununla isə tariximizə Şanlı Zəfəri yazmağa müvəffəq oldu.
Dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən həmvətənlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Bir daha tariximizə şanlı qələbələr yazan qəhrəman soydaşlarımızı dərin hörmət və minnətdarlıqla yad edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

Onu görmək üçün avtomobilin qarşısını kəsdilər – VİDEO

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

İncəsənət məktəblərinə işə qəbulla bağlı 1350 namizəd qeydiyyatdan keçib

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Nərimanovda beşmərtəbəli binada yanğın oldu

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Kolleclərə qəbulla bağlı YENİ XƏBƏR

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Gəncədə bıçaqlanan şəxslərin SON DURUMU

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Bu yaşayış binasında liftlərin istismarı dayandırıldı – VİDEO

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycanlılar niyə banka pul qoymur?

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Rusiyanın iri neft emalı zavodu dron hücumundan sonra alova büründü - VİDEO

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Atasını boğaraq öldürən oğuldan YENİ XƏBƏR VAR

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağış yağıb - FAKTİKİ HAVA

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Rusiya Sumını 8 dəqiqəyə 8 bomba ilə vurdu – Yaralılar var – FOTO-VİDEO

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

Vəzifəli şəxsi bıçaqladı - 6 il HƏBS CƏZASI aldı

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

İrəvanın qarşısında tarixi seçim- Konstitusiya dəyişəcək, yoxsa sülh yenə gecikəcək? - TƏHLİL

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

"Google"nun bu xidməti tarixə qovuşdu - Onu "Gemini" əvəz edir

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

Ağcabədidə qəza: Sürücü öldü, sərnişin xəsarət aldı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

YENİ MƏZƏNNƏ: Avro bahalaşdı, rus rublu ucuzlaşdı

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Konfrans Liqası - "Qarabağ" "Dinamo Kiyev" səddini keçməyə çalışacaq

Avqustda pulu tükənməyəcək bürclər

Avqustda pulu tükənməyəcək bürclər

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

Pezeşkian: Ali dini liderlə əlaqə saxlamaq çox çətindir

End of content

No more pages to load

RADİO