Ceyhun Bayramov: Laçın yolundakı məntəqə təhlükəsizliyi təmin edəcək

Xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Mantas Adomenas ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda cari vəziyyət müzakirə olunub. 

C.Bayramov Azərbaycan və Litva arasında ikitərəfli səviyyədə siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, bağlantılar, mədəniyyət, humanitar və s. sahələrdə, çoxtərəfli səviyyədə isə Avropa İttifaqı (Aİ) çərçivəsində səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib. Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən uğurlu layihələrin münasibətlərin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlər və təmasların əhəmiyyətindən bəhs edərək, siyasi məsləhətləşmələrin əlaqələrin daha da genişləndirilməsi üçün mühüm mexanizmlərdən biri olduğunu qeyd edib. 
C.Bayramov post‐münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və quruculuq işləri, regionda nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları ilə üzləşdiyi qeyd edilib. Laçın-Xankəndi yolunda qeyri-qanuni fəliyyət barədə ətraflı məlumat verilərək, Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinin şəffaflığı və təhlükəsizliyi təmin edəcəyi vurğulanıb. 

Nazir müavini Mantas Adomenas Litvanın Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Nazir müavini bölgədə sülh və təhlükəsizliyin təmin olunacağına inam ifadə edib, bu istiqamətdə Litva tərəfinin dəstəyə hazır olduğunu bildirib. 

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi - Dəhşətli anlar - Video

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

ABŞ-İran danışıqları yenidən BAŞLAYIR

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

DÇ-2026: İspaniya yarımfinalda – VİDEO

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Alkotesterdən keçən sürücünün sevinci gündəm oldu - VİDEO

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur – Ekoloq AÇIQLADI

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

Diplom asılılığı cəmiyyəti geriyə aparır – EKSPERT

3 BÜRC üçün dönüş dövrü başlayır

3 BÜRC üçün dönüş dövrü başlayır

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

End of content

No more pages to load

RADİO