Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen fevral ayında Ukraynaya səfəri zamanı zirzəmidə gizlənməli olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Qeyd olunub ki, Leyen paytaxt Kiyevdə ölkə rəsmiləri ilə görüş keçirərkən şəhərdə hava hücumu təhlükəsi elan edilib. Bu səbəbdən görüş yarıda dayandırılıb və Avropa Komissiyasının rəhbəri bir müddət zirzəmidə yerləşən sığınacaqda gözləməli olub.
Bundan əvvəl Ursula von der Leyen özü də Kiyev səfəri zamanı sığınacaqda qalmasından danışmışdı.
Bizim.Media