Sudan ordusu ilə ölkənin xüsusi təyinatlılar arasında toqquşmaların başladığı aprelin 15-dən bu günə kimi qarşıdurmalarda 600-dən çox adam ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Haysam Məhəmməd İbrahim məlumat verib.
Nazir əlavə edib ki, Xartumda gedən döyüşlər nəticəsində 125 xəstəxanaya ciddi ziyan dəyib.
İbrahim qeyd edib ki, hazırda nazirlik xaricdən yardım almaqda böyük çətinliklərlə üzləşib. Onun sözlərinə görə, müharibə uzansa, ölkə xəstəliklərdən və epidemiyaların yayılmasından əziyyət çəkəcək.
Bizim.Media