Avropa İttifaqı Rusiyanın “Vaqner” özəl hərbi şirkəti və RİA-ya (Rusiya Beynəlxalq İnformasiya Agentliyi) qarşı sanksiya tətbiq edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə normativ aktlar aprelin 13-də yayılıb.
Məlumata görə, barələrində məhdudlaşdırıcı tədbirlər tətbiq olunan fiziki və hüquqi şəxslərin, təşkilat və orqanların siyahısına bu iki hüquqi şəxsin adının da əlavə edilməsi gözlənilir.
Bizim.Media