Xaricdən məhsul gətirənlər xəbəri diqqətlə OXUSUN

2026-cı ilin iyun ayının 1-dən etibarən elektron ticarət bəyannamələrinin təqdim edilmə qaydası dəyişir. Sözügedən tarixdən vətəndaşlar xaricdən alınan bağlamaları bəyan edərkən, identifikasiya nömrəsi (FİN kod və parol) ilə sistemə daxil olmaq kifayət etməyəcək və xidmət yalnız elektron imza vasitəsilə əlçatan olacaq.
 

Bununla bağlı Dövlət Gömrük Komitəsi vətəndaşlara xəbərdarlıq göndərib. Bildirilir ki, xidmətdən istifadə etmək üçün vətəndaşlar Asan İmza, SİMA və ya MYGOV/QR vasitəsilə sistemə daxil olmalıdırlar.


Hazırda xaricdən bağlamalar sifariş etdikdə vətəndaşlar e.customs.gov.az saytına və ya "Smart Customs" mobil tətbiqinə FİN kodu və parol ilə daxil olur, bağlamaya aid məlumatları doldurur və bəyannaməni təsdiqləyirlər. Mətbuatda "Bu il iyunun 1-dən etibarən identifikasiya nömrəsi ilə elektron ticarət bəyannamələri yazmaq mümkün olmayacaq" başlıqlı xəbərlər bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb, bundan sonra xaricdən mal sifariş etməyin çətin olacağından narahatdırlar. Üstəlik, son zamanlar xaricdən sifariş edilən məhsulların gömrükdə saxlanılması ilə bağlı xəbərlərin fonunda bu qayda elektron ticarət həvəskarlarını təşvişə salıb.

Maraqlıdır, bu yeniliyin tətbiq edilməsi zərurəti haradan qaynaqlanır?

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"SİMA-nın tətbiqi xüsusi texniki bilik tələb etmir"

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən "Kaspi" qəzetinə bildirilib ki, bu dəyişikliklər çərçivəsində vətəndaşların elektron xidmətlərdən daha təhlükəsiz və rahat istifadə etməsi məqsədilə yeni identifikasiya vasitələrinə keçid həyata keçirilir:

"Bu baxımdan, vətəndaşlarımızı məlumatlandırmaq, maarifləndirmək və prosesə hazırlamaq məqsədilə bildiririk ki, 1 iyun 2026-cı il tarixinədək hər bir istifadəçi SİMA rəqəmsal imzanı smart mobil cihazına yükləməli və ondan istifadə qaydaları ilə tanış olmalıdır. Qeyd etmək istərdik ki, SİMA gündəlik istifadə üçün nəzərdə tutulmuş, sadə və təhlükəsiz identifikasiya vasitəsidir. Onun tətbiqi xüsusi texniki bilik tələb etmir. Bir daha vətəndaşlarımızı Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən bu zəruri və mütərəqqi dəyişikliyə anlayışla yanaşmağa və vaxtında hazırlıq görməyə çağırırıq".

"Bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısı alınır"

Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, dəyişiklik xidmətin təhlükəsizliyini artırmaq, əməliyyatların düzgün və sürətli həyata keçirilməsini təmin etmək və vətəndaşların elektron imza vasitəsilə daha etibarlı giriş imkanına malik olmalarını təmin etmək məqsədi daşıyır. Başqa sözlə, məqsəd həm xidmətin rəqəmsal təhlükəsizliyini gücləndirmək, həm də bağlamaların bəyan edilməsində səhv və saxtalaşdırmanın qarşısını almaqdır.

"FİN və parol modeli kibertəhlükəsizlik tələblərinə tam cavab vermir"

İKT üzrə ekspert Asim Namazov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, elektron ticarət bəyannamələrinin FİN və parol vasitəsilə deyil, yalnız gücləndirilmiş elektron identifikasiya üsulları - Asan imza, SİMA və MYGOV/QR üzərindən həyata keçirilməsi dövlətin rəqəmsal təhlükəsizlik və etibarlılıq siyasətinin məntiqi davamıdır: "Bu dəyişiklik ilk növbədə istifadəçi identifikasiyasının daha güclü və etibarlı mexanizmlərlə təmin olunmasına, eyni zamanda elektron ticarət əməliyyatlarında saxtakarlıq, üçüncü şəxslərin müdaxiləsi və məlumat sızması risklərinin azaldılmasına xidmət edir. FİN və parol modeli artıq müasir kibertəhlükəsizlik tələblərinə tam cavab vermir və bir çox ölkələr bu üsuldan mərhələli şəkildə imtina ediblər".

"İmza sahibinin məsuliyyəti dəqiq müəyyən edilir"
 

Mütəxəssis bildirir ki, digər mühüm məqam ondan ibarətdir ki, Asan imza və SİMA kimi həllər hüquqi baxımdan imza sahibinin məsuliyyətini dəqiq müəyyən edir:


"Bu isə gömrük bəyannamələrinin hüquqi qüvvəsini gücləndirir və mübahisəli halların sayını azaldır. Xüsusilə elektron ticarətin sürətlə artdığı bir dövrdə bu, sistemin dayanıqlılığı üçün vacib amildir. Bununla yanaşı, keçid dövründə vətəndaşların və kiçik sahibkarların məlumatlandırılması və adaptasiyası xüsusi diqqət tələb edir. Texnologiya baxımından hazır olmayan istifadəçilər üçün bu dəyişiklik ilkin mərhələdə çətinlik yarada bilər. Odur ki, Dövlət Gömrük Komitəsinin indidən xəbərdarlıq etməsi və elektron imza əldə olunmasını tövsiyə etməsi düzgün və vaxtında atılmış addımdır".

Vətəndaşlar gömrükdə gecikmələrin qarşısını almaq üçün...

A.Namazovun sözlərinə görə, bu addım gömrük xidmətlərinin daha təhlükəsiz, şəffaf və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Vətəndaşlar isə gecikmələrin və texniki problemlərin qarşısını almaq üçün 2026-cı il iyunun 1-dən əvvəl müvafiq elektron imza vasitələrini əldə etməlidirlər.
 

Sosial şəbəkə hesablarında iddia olunur ki, dəyişikliklərin əsas səbəblərindən biri bəzi sahibkarların yaşlı insanların və ya qohumlarının FİN kodunu və şifrəsini əldə edərək onların adından külli miqdarda sifarişlər verməsidir.


Bu hallarda məhsullar faktiki olaraq kommersiya məqsədilə alınsa da, fiziki şəxslərin adına rəsmiləşdirildiyi üçün müəyyən güzəştlərdən sui-istifadə edilir. Bu isə həm sistemdə şəffaflıq problemləri yaradır, həm də fərdi idxal limitlərinin aşılmasına səbəb olur. Yəni, iyundan etibarən, hər bir şəxs yalnız öz adına olan məhsulu bəyan edəcək.

Vətəndaşlara tövsiyə olunur ki, iyun ayına qədər Asan İmza və ya SİMA elektron imzasını əldə etsinlər ki, malların bəyan edilməsində hər hansı çətinlik yaranmasın. Bu, xüsusilə xaricdən tez-tez sifariş verən şəxslər üçün vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Avqust ayında maqnit qasırğaları: Meteohəssas insanlar üçün təhlükəli TARİXLƏR

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Bu məhsulları soyuducuda SAXLAMAYIN!

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

End of content

No more pages to load

RADİO